Sahibi göstərilməyən qızıl hesabı
13 Mart 2010 Şənbə 14:05
“Bank Respublika”nın yeni depozit məhsulu belə adlanır
"Bank Respublika" ASC bu il yeni depozit məhsulu – “Sahibi göstərilməyən qızıl hesabı” tətbiq ediləcəyini istisna etmir. Bankdan verilən məlumata görə, yeni məhsulun vaxtı, mexanizmi və parametrləri öyrənilir.

“Sahibi göstərilməyən qızıl hesabı” müştərinin bankda bazar qiymətinə müəyyən çəkidə virtual qiymətli metal almasını nəzərdə tutur. Metal üçün ödənilən vəsait depozit hesabında saxlanılır. Müqavilə şərtlərindən asılı olaraq, alınan metal yeni, bazar qiymətinə yaxın qiymətlə banka satıla bilər.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, qiymətli metallarla əməliyyat aparmaq üçün ölkənin 46 bankından 10-un lisenziyası var. Onlardan yalnız üçü – “Bank Respublika”, “Bank Standard” və “Xalq Bank” ən sadə əməliyyat - qızıl külçəsi satışı həyata keçirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar