Sabah “Yeni il aksiyası” başlayır
14 Dekabr 2010 Çərşənbə Axşamı 14:40
“Parabank” müştərilərinə yeni aksiya təqdim edəcək
“Parabank” ASC- də “Yeni il aksiyası” keçiriləcək. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Yeni İl aksiyası” müştərilər üçün 2010-cu il dekabr ayının 15-dən - 2011-ci il yanvar ayının 15-dək davam edəcək.
“Yeni il aksiyası” cərçivəsində, yeni qoyulan əmanətlər mövcud tarifdən 1 faiz artıq, müştərilərə verilən kreditlər isə mövcud faizlərdən 2 faiz aşağı hesablanacaq. Bundan əlavə müştərilər yanvarın 31-nə qədər “Visa Gold”, “Visa Platinum” və “Visa İnfinite” plastik kartlarını 20 faiz güzəştlə əldə edə bilərlər.
Qeyd edək ki, “Parabank” həm fərdi, həm də korporativ müştərilər üçün kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, xəzinədarlıq xidmətləri, nəğd hesablaşmalar, kommunal ödənişlər, ATM və POS terminal və digər növ məhsullar və xidmətlər təklif edir.
DOSTLARINLA PAYLAŞ: