Sabah Serbiya-Azərbaycan biznes forumu keçiriləcək
03 Noyabr 2011 Cümə Axşamı 19:59
Forum Serbiya və Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının iclası çərçivəsində Belqradda baş tutacaq.
Sabah Serbiya Respublikası və Azərbaycan Respublikası Hökumətlərarası İqtisadi Komissiyasının iclası çərçivəsində Belqrad şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Serbiya-Azərbaycan Biznes Forumunun təşkil olunacaq. AZPROMO-dan ANS PRESS-ə verilən məlumata görə, tədbir Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrliyi ilə keçiriləcək.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər. Səfər 6 noyabr tarixlərinə qədər nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar