Sabah Mərkəzi Bankın notları yerləşdiriləcək
05 Aprel 2011 Çərşənbə Axşamı 18:27
Bakı Fond Birjasında növbəti hərrac keçiriləcək
Sabah saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında Mərkəzi Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat №-si 50101330S, ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan həcm 20 milyon manat, bir notun nominal dəyəri 100 manat, notların tədavül müddəti 28 gün, ödəmə tarixi 04 may 2011-ci ildir.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notlar buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
DOSTLARINLA PAYLAŞ: