Sabah Mərkəzi Bankın notları yerləşdiriləcək
30 Noyabr 2010 Çərşənbə Axşamı 18:05
Bakı Fond Birjasında 7 milyon manatlıq notların hərracı keçiriləcək
Dekabrın 1-də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat №-si 50104725S, ümumi həcmi 7 milyon manat, hərraca çıxarılan həcm 7 milyon manat, bir notun nominal dəyəri 100 АZN, notların tədavül müddəti 28 gün, ödəmə tarixi 22 dekabr 2010-cu ildir.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, notlar buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
DOSTLARINLA PAYLAŞ: