Sabah hərrac keçiriləcək
03 Avqust 2010 Çərşənbə Axşamı 18:35
Bakı Fond Birjasında Mərkəzi Bankın qısamüddətli notları yerləşdiriləcək.
Sabah avqustun 4-də saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat №-si 50103025S, ümumi həcmi 5 milyon manat, hərraca çıxarılan həcm 4 milyon manat, bir notun nominal dəyəri 100 manat, notların tədavül müddəti 28 gün, ödəmə tarixi 01 sentyabr 2010-cu ildir.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı notlar buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: