Sabah hərrac keçiriləcək
07 Yanvar 2010 Cümə Axşamı 18:50
Bakı Fond Birjasında 20 milyon manat məbləğində dövlət qısamüddətli istiqrazlar yerləşdiriləcək
Sabah Maliyyə Nazirliyi Bakı Fond Birjasında (BFB) 20 milyon manat məbləğində dövlət qısamüddətli istiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək. Fond birjasından verilən məlumata görə, nominal dəyəri 100 manat olan 10100126S seriyalı 200 min istiqrazın tədavül müddəti 35 gün, kağızların ödəniş tarixi 12 fevral 2010-cu ildir.

DQİ-nin emissiya həcminin 20 faizdən çox olmayan qeyri-rəqabətli ərizələr hərraca buraxılır. Hərrac iştirakçıları tərəfindən təqdim edilən ərizələrin ümumi həcmi hərraca çıxarılan istiqrazların həcminin 80 faizindən az olarsa, emitent ərizəni qəbul etməmək hüququna malikdir.

Qeyd edək ki, DOİ-nin yerləşdirilməsi üzrə hərraclar Maliyyə Nazirliyi və BFB arasında 2002-ci il avqustun 29-da bağlanmış saziş əsasında keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar