Sabah BFB-də hərrac keçiriləcək
07 İyul 2010 Çərşənbə 19:25
Hərraca "Azər-Türk Bank"ın səhmləri çıxarılacaq.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Azər-Türk Bank" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi (BFB) ilə keçiriləcək. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, emissiyanın
dövlət qeydiyyat nömrəsi AZ100300442P, emissiyanın həcmi 990 520 AZN, qiymətli kağızın miqdarı 990 520 ədəd, nominal dəyəri 1 AZN, anderrayter "Caspian Financial" MMC-dir.

Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər. Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar