Rusiyanın valyuta ehtiyatı azalıb
04 Yanvar 2010 Bazar Ertəsi 17:50
Qonşu ölkə 13,5 milyard dollar ziyana düşüb
Rusiyanın valyuta ehtiyatı dekabrın ilk üç həftəsində 13,5 milyard dollar azalıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 25 dekabr tarixində valyuta ehtiyatı $437,7 milyarda düşüb.
Mərkəzi bankın məlumatına görə, ölkənin valyuta ehtiyatı son bir həftədə 0,6% azalaraq 440,4 milyarddan dollardan 437,7 milyard dollaradək azalıb. Ümumilikdə götürdükdə isə ehtiyatlar dekabrın 4-dən bəri 13,5 milyard dollar azalaraq 451,2 milyard dollardan 437,7 milyard dollara qədər düşüb.

2009-cu ilin yanvarın 1-nə Rusiyanın beynəlxalq ehtiyatları 427,08 milyard dollar təşkil edib. Bu vəsaitin 406,205 milyardı xarici valyuta aktivlərində yerləşdirilib. İlin əvvəlində valyuta ehtiyatı $10,62 milyard artıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar