Rusiyanın Ehtiyat Fondunun vəsaiti azalıb
07 Dekabr 2009 Bazar Ertəsi 16:15
Rusiyanın Ehtiyat Fondunun həcmi ayla müqayisədə 2,11 milyard dollar azalaraq 75,07 milyarda düşüb
Rusiyanın Ehtiyat Fondunun həcmi dekabrın 1-i tarixinə əvvəlki ayla müqayisədə 2,11 milyard dollar azalaraq 75,07 milyarda düşüb. Noyabrın 1-i tarixinə fondun həcmi 77,18 milyard dollar təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Maliyyə Nazirliyi açıqlama verib.
Nazirliyin məlumatına görə, Ehtiyat Fondunun müxtəlif hesablar üzrə vəsaitlərinin qalığı 137,25 milyard rubl, 29,84 milyard dollar, 21,03 milyard avro və 4,75 milyard funt sterlinq təşkil edib.
Bu ilin dekabrın 1-nə Rusiyanın BVF-də Ehtiyat Fondunun vəsaitləri hesabına formalaşmış mövqeyi 991,94 milyon SDR olub.
Ehtiyat Fondunun vəsaitlərinin yerləşdirilməsindən gəlirlərin dollara çevrilmiş ümumi hesablaşma məbləği 15 yanvar-30 noyabr tarixlərində 1,78 milyard doııar təşkil edib.
Vəsaitlərin müxtəlif xarici valyuta hesablarında yerləşdirilməsinə görə əldə edilmiş faiz gəlirlərinin məbləği 390 milyon dollar, 740 milyon avro və 180 milyon funt sterlinq olub.
Maliyyə Nazirliyi Milli Rifah Fondunun (MRF) məlumatlarını da yeniləyib. Dekabrın 1-i tarixinə MRF-in vəsaitləri 92,89 milyard dollar təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,49 milyard dollar azdır.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar