Rusiya ilə əmtəə dövriyyəsi 17 faiz artıb
16 Avqust 2010 Bazar Ertəsi 20:20
Birinci yarım il üçün statistik rəqəmlər açıqlanıb.
Bu ilin altı ayı ərzində Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 17 faiz artıb. Rusiya Federasiyasının Bakıdakı ticarət nümayəndəliyindən bildirilib ki, cari ilin yanvar-iyun aylarında Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 848,6 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17 faiz çoxdur.
Bu müddətdə Azərbaycandan Rusiyaya ixrac 44,4 faiz artaraq 360,4 milyon, Rusiyadan idxal isə 2,7 faiz artaraq 488,2 milyon dollar təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: