Rusiya əvvəlcədən ödəmə sisteminə keçəcək
26 May 2009 Çərşənbə Axşamı 17:20
Bu, Ukraynanın aldığı qazın pulunu vaxtında ödəmədiyi təqdirdə baş verəcək

 

Ukrayna bu ay Rusiyadan aldığı qazın pulunu vaxtında ödəməsə, Rusiya tərəfi əvvəlcədən ödəmə sisteminə keçəcək. Bu barədə "Qazprom"un idarə heyətinin sədri Aleksey Miller bildirib. O, Ukraynaya satılan qazın pulunun ödənilməsindəki vəziyyəti ağır adlandırıb. İndi "Qazprom" Avropanı daimi qazla təmin etmək üçün Ukraynadakı qaz anbarlarına əlavə qazın vurulmasını istəyir. Amma anbarların hansı mənbələr hesabına doldurulacağı və ödəniş məsələləri razılaşdırılmayıb. Ukraynanın Rusiyaya qaza görə yaranmış 5 milyard dollar borcunun ödənilməsi ilə bağlı da razılıq əldə olunmayıb.

Xatırladaq ki, iki ölkə arasında belə mübahisələr qış aylarında Avropanın qazsız qalması ilə nəticələnmişdi. Bu səbəbdən Avropa ölkələri Rusiya qazından asılılığı azaltmaq niyyətindədirlər. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar