Royal Sığorta şirkətinin lisenziyası ləğv edildi
10 Sentyabr 2014 Çərşənbə 13:21
Royal Sığorta ASC-nin lisenziyası ləğv edilib. Bu qərar şirkətə verilən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar ilə əlaqədardır
Royal Sığorta ASC-nin lisenziyası ləğv edilib.

ANS PRESS-in Maliyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, Royal Sığorta Açıq Səhmdar Cəmiyyətinin lisenziyası sığorta qanunvericiliyinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 2014-cü il 08 sentyabr tarixində ləğv edilib.

Buna səbəb Royal Sığorta ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması müəyyən olunmuş müddətdə təmin edilməməsi ilə əlaqədardır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar