Royal Bank ilin birinci yarısını ziyanla başa vurub
02 Avqust 2010 Bazar Ertəsi 16:15
Buna baxmayaraq Royal Bankın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 128 faiz artıb.
"Royal Bank" ASC bu ilin birinci yarısını 1,69 milyon manat ziyanla başa vurub. Gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 128 faiz artaraq 13,99 milyon manat, xərclər 160 faiz artaraq 15,69 milyon manat olub.

Yanvar-iyunda aktivlər 8,4 faiz artaraq 156,81 milyon manat təşkil edib. Verilən kredit həcmi 10,7 faiz artaraq 114,73 milyon manat olub. Bankın ümumi öhdəlikləri 121,75 milyondan manatdan 135,19 milyon manata artıb. Depozit portfeli 9,4 faiz genişlənərək 69,7 milyon manat olub, o cümlədən müddətli depozitlər 9,6 faiz artaraq 60,38 milyon manat təşkil edib.

Balans kapitalı 21,63 milyon manata, məcmu kapital 18,87 milyon manata qədər azalıb. Ödənilmiş nizamnamə fondu 20,64 milyon manat səviyyəsində qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar