Röya oktyabrın 12-də ana olacaq
01 Sentyabr 2009 Çərşənbə Axşamı 12:56
Müğənni konsert proqramını azaldıb
Hamiləliyin sonuncu ayında konsert verməyə hazırlaşan Röya Ayxan oktyabrın 12-də ana olacaq. Məhz həkimlərin müəyyən etdiyi bu müddətdən sonra müğənni 10 günlük konsert proqramını 6 günədək azaldıb.
Müğənni Opera və Balet Teatrında oktyabrın 1-dən 6-dək tamaşaçılara «Ulduz nağılı» adı altında 6 gün şou göstərəcək.
DOSTLARINLA PAYLAŞ: