ARDNŞ Türkiyədəki seçkini gözləyir
11 İyun 2011 Şənbə 12:03
Seçkidən sonra qazın tranzitinə dair danışıqlar davam edəcək
Azərbaycan və Türkiyə arasında qaz tranzitinə dair danışıqlar davam edir. ANS TV-nin məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.
Onun sözlərinə görə, Türkiyədəki parlament seçkisindən sonra iki ölkə arasında qazın tranziti haqqında müqavilə imzalana bilər.
“Biz aprel ayında Türkiyədə uzunmüddətli müzakirələr apardıq və ayın 29-da müqavilənin imzalanma mərasimi hazır idi. Tranzit haqqında müqaviləni başa vura bilmədik. Bunun da səbəbi müəyyən suallardir ki, onlar bir günün məsələsi deyil. Burada söhbət qanunlarda olan fərqdən gedir. Amma biz indi hazırıq, Türkiyədə seçki gedir. Seçkidən sonra bu danışıqları davam etdirəcəyik”.
DOSTLARINLA PAYLAŞ: