RabitəBank səhmdarlarının yığıncağı olacaq
01 İyun 2011 Çərşənbə 18:09
RabitəBank səhmdarlarının yığıncağı iyunun 24-də baş tutacaq.
“RabitəBank" iyunun 24-də bankın səhmdarlarının ümumi yığıncağını keçirəcək. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yığıncaq bankın 28 May küçəsi 33 ünvanında yerləşən baş ofisində olacaq.

Məlumata görə, gündəlikdə ötən il üçün bankın İdarə Heyətinin və Audtorlar Komitəsinin hesabatları, 2010-cu ilin maliyyə yekunlarının, həmçinin Müşahidə Şurası və İdarə Heyətinin tərkibinin təsdiqi məsələləri durur.

Qeyd edək ki, bankın səhmdarları 6 fiziki və 14 hüquqi şəxsdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar