Rabitəbank nizamnamə kapitalını artırır
26 İyul 2011 Çərşənbə Axşamı 17:41
Rabitəbank nizamnamə kapitalını artırır. QKDK bankın adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Rabitəbank” ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi (BFB) ilə keçiriləcək.
BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat nömrəsi AZ100200355P, emissiyanın həcmi 3 367 896, 52 manat, qiymətli kağızın miqdarı 165 988 ədəd, nominal dəyəri 20,29 manat, anderrayter “Caspian Financial” MMC-dir.
Səhmləri əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: