Qlobal iqtisadi böhranın 3. dalğası
05 Mart 2009 Cümə Axşamı 11:00
Böhran indi də üçüncü - kasıb ölkələrə təsir etməyə başlayıb

Qlobal iqtisadi böhranın üçüncü dalğası başlayıb. Beynəlxalq Valyuta Fondu (BVF) bəyan edir ki, sözügedən böhran indi də üçüncü - kasıb ölkələrə təsir etməyə başlayıb və 22 ölkə bu il təcili olaraq 25 milyard dollar yardıma ehtiyac duya bilər.
Fondun direkoru Dominik Stros Kanın sözlərinə görə, böhran inkişaf etmiş iqtisadiyyatlara ziyan vurduqdan sonra indi də «üçüncü dalğası» ilə kasıb ölkələri hədəf alıb. Əgər sosial rifah proqramlarının icrası dayandırılsa, bu ölkələrdəki uşaqlar üçün humanitar böhran başlaya bilər. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar