Qlobal iqtisadi böhran bir ildən sonra səngiyə bilər
20 Aprel 2009 Bazar Ertəsi 14:40
Bu fikirlə Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Stross-Kann çıxış edib

Qlobal iqtisadi böhran təxminən bir ildən sonra səngiyə bilər və iqtisadi artım yalnız 2010-cu ilin ilk yarısında gözlənə bilər. Bu fikirlə Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Stross-Kann çıxış edib. Onun sözlərinə görə, iqtisadi inkişafa nail olmaq üçün 3 istiqamətdə tədbirlər həyata keçirmək lazımdır: «Bunlar maliyyə sektorunun sabitləşdirilməsi, hökumətin iqtisadiyyata və inkişaf edən bazarlara yardımından ibarətdir». /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar