Qızılın ucuzlaşması davam edəcək
05 May 2011 Cümə Axşamı 15:30
Məşhur maliyyəçi Corc Soros dünya bazarlarındakı vəziyyətin necə dəyişəcəyini öncəgörmə qabiliyyətini növbəti dəfə nümayiş etdirib.
«APA-Economics»in «The Wall Street Journal»a istinadən məlumatına görə, C.Sorosa məxsus olan “Soros Fund Management” investisiya fondu ötən ay hesablarında olan qızıl-gümüşün hamısını satıb.

Qeyd edək ki, dünya bazarlarında qızıl-gümüşün qiyməti aprel ayında rekord həddə çatandan sonra son iki gündə aşağı düşməyə başlayıb. Dünyanın ən böyük hec-fondlarından olan «Soros Fund Management»in fəaliyyətini analiz edən mütəxəssislər qarşıdakı həftələr ərzində qızıl-gümüşün ucuzlaşacağını güman edirlər.

Hazırda dünya bazarında qızılın qiyməti 1508 dollar/unsiya və ya qramı 48,65 dollar təşkil edir. Bu həftənin əvvəlindən indiyədək qızılın unsiyası 40 dollar və ya 2,5% ucuzlaşıb. apa


DOSTLARINLA PAYLAŞ:

oyunlar