Qızılın qiyməti yeni rekorda yüksəldi
20 Avqust 2011 Şənbə 01:24
Qiymətli metalın bir unsiyasının qiyməti tarixdə ilk dəfə 1880 dolları ötüb
Ötən gün dünya bazarlarında qızılın bir unsiyasının qiyməti tarixdə ilk dəfə 1880 dolları ötüb. Yohannesburq fond birjasının yaydığı məlumata görə, planetin aparıcı iqtisadiyyatlarında tənəzzüldən ehtiyatlanan investorlar qiymətli metala üz tuturlar.
Bir unsiyasının qiyməti 1881,40 dollara yüksələn qızıl təkcə ayın əvvəlindən 15 faiz bahalaşıb. Bu qiymətli metalın qiymətinin artması prosesi 2009-cu ilin fevralından başlayıb. Dünya iqtisadiyyatındakı qeyri-müəyyənlik fonunda qızılı həm investorlar seçir, həm də inkişaf etmiş ölkələrin mərkəzi bankları öz valyuta ehtiyatlarını qızıla yönəldirlər. Analitiklər hesab edirlər ki, ilin sonunadək qızılın bir unsiyası 2500 dollaradək bahalaşacaq.
Lakin qızılın qiymətinin 1980-ci ildəki səviyyəsi rekord hədd sayılır. O vaxt qızılın bir unsiyası 850 dollar olub. Amerika valyutasının dəyərdən düşdüyünü nəzərə alsaq, bu, hazırkı 2400 dollara bərabər tutulur.
DOSTLARINLA PAYLAŞ: