Qızılın qiyməti yeni rekorda çatdı
14 İyul 2011 Cümə Axşamı 01:52
Qızılın bir unsiyası 1587 dollara satılıb.
Ötən gün dünya bazarlarında qızın qiyməti yeni rekorda çatıb. Bakı vaxtı ilə bu gecə saat 00.30-da qızılın unsiyası 1587 dollara çatılıb.
Qiymətli metara tələbat ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Ben Bernankenin çıxışından sonra artıb. O, bəyan edib ki, FES Amerika iqtisadiyyatının stimullaşdırılması və onun inkişafına dəstək məqsədilə liberal monetar siyasətini davam etdirəcək. Nəticədə işgüzar aləm ABŞ hökumətinin orta müddətli perspektivdə ucuz bank kreditlərini qoruyacağı və bunun inflyasiyaya səbəb olacağı qənaətinə gəlib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: