Qızılın qiyməti ucuzlaşıb
17 Noyabr 2010 Çərşənbə 10:40
Qiymətli metalın unsiyası 338.40 dollar təşkil edib
Dünya birjalarında qızılın qiyməti yenidən düşüb. Buna səbəb dolların digər valyutalara nisbətdə möhkəmlənməsidir.

Dünən Nyu-York Comex biorjasında keçirilən dekabr fyuçerslərinin nəticələrinə görə, qiymətli metalın dəyəri 2.2 faiz ucuzlaşaraq bir unsiyası 338.40 dollar təşkil edib.

Belə ki, çərşənbə axşamı keçirilən hərraclarda dolların məzənnəsi dünyanın digər 6 valyutasına nisbətdə 0.7 faiz artaraq 78.65-ci bənddən 79.22-ci bəndə qalxıb. Avro isə əksinə 1.3489 dollara düşüb.

Qeyd edək ki, ümumiyyətlə isə “qiymətli metal”ın qiyməti 2010-cu ildə 26 faiz bahalaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar