Qızılın qiyməti rekord vurub
08 Avqust 2011 Bazar Ertəsi 11:37
Qiymətli metalın unsiyası 1700 dolları keçib
Qızılın qiyməti Honkonqun bugünki birjalarında növbəti rekorda imza atıb. "Associated Press" məlumat verir ki, qiymətli metalın unsiyası şərq birjalarında 1700 dollar həddini ötüb. Bu gün qızılın unsiyası 1704, 80 dollara təklif edilib.
Eyni zamanda Asiya fond birjalarında neqativ dinamika müşahidə olunmur. Belə ki, ABŞ tarixində ilk dəfə olaraq S&P kredit reytinqinin maksimum "ААА" dan "АА+"ə enməsi ilə bağlı Birləşmiş Ştatların büdcə defistinin artması ilə bağlı yaranan ehtimallar qiymətli xammal bazarına təsirsiz ötüşməyib.
Təbii ki, birjalarda yaranan bu təhlükəli vəziyyətdən ehtiyat edən sərmayədarlar vəsaitlərini qiymətli metala yatırmağı üstün tuturlar.
"Bloomberg”in bir sıra analitiklər arasında apardığı sorğudan məlum olur ki, yaxın müdddətdə qızılın unsiyası 1725 dollara keçmə ehtimalı böyükdür.
DOSTLARINLA PAYLAŞ: