Qızılın qiyməti psixoloji həddi keçib
09 Noyabr 2010 Çərşənbə Axşamı 17:15
"Qiymətli metal"ın unsiyası 1400 dollardan baha satılıb.
Bu gün dünya birjalarında qızılın unsiyasının qiyməti yenidən psixoloji həddi keçib. “Qiymətli metal”ın unsiyası 1400 dollardan baha olub. Belə ki, qızıl Nyu-Yorkun NYMEX satış birjasında 9,5 dollar bahalaşaraq 1412,7 dollara təklif edilib.
Qızılın qiymətinin bahalaşmasına Dünya Bankının rəhbəri Robert Zellikin aparıcı dünya valyutalarının qızıla çevilməsi təklifinin irəli sürməsi səbəb olub. Robert Zellikin fikrincə, “qiymətli metal” inflyasiya, deflyasiya və valyutanın gələcək məzənnəsinə əhəmiyyətli dərəcədə yardım edə bilər.
İlin əvvəlindən qızıl 28 faiz bahalaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: