Qızılın qiyməti növbəti rekordu vurdu
06 Sentyabr 2011 Çərşənbə Axşamı 12:16
Qiymətli metalın bir unsiyasının qiyməti 1920, 25 dollar olub
Qızılın qiyməti növbəti rekorda çatıb. ANS PRESS "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, London bazarlarında qızılın bir unsiyasının qiyməti 1920, 25 dollar olub.

Nyu-York birjasında dekabr ayına tədarük üçün qiymətli metalın fyuçerslərinin dəyəri 2, 5 faiz artaraq, 1 unsiya üçün 1923, 10 dollar olub. İnvestorlar dünya iqtisadiyyatının artımında neqativ proqnozlarla bağlı qızıl almaqda davam edirlər. Analitiklər ilin sonuna qızıl kotirovkalarının 2000 dollara qədər artmasını gösləyirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar