Qızılın qiyməti artıb
13 İyul 2010 Çərşənbə Axşamı 16:55
"Comex" birjasında qızılın bir unsiyası 1203,2 dollara təklif edilib.
Ötən günün ucuz qiymətləri bu gün dünya birjalarında qızılın bahalaşmasına səbəb olub. Nyu-Yorkun “Comex” satış birjasında qızılın bir unsiyası bu gün 0,3 faiz qalxaraq 1203,2 dollara təklif edilib. Ekspertlərin fikrincə, dünən 0,9 faiz ucuzlaşan qızıl bu gün 1200 dollar səviyyəsini ötə bilib və bu da birjalarda “qiymətli metal”ın bahalaşmasına səbəb olub.
“Bloomberg”in məlumatına görə, bəzi sərmayədarları qızılın unsiyasının 1200 dollardan aşağı düşməsi cəlb edib. Lakin bununla belə əmtəə bazarının təkanverici qüvvəyə ehtiyacı var. Qeyd edək ki, 2010-cu il başlayandan qızıl 10 faiz bahalaşıb.
Onu da əlavə edək ki, bu gün maliyyə bazarlarında avro dollara nisbətən ucuzlaşıb. Belə ki, 1 avro 1,2535 dollara təklif edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: