Qızıldan növbəti tarixi rekord
23 Avqust 2011 Çərşənbə Axşamı 01:43
Qiymətli metalın bir unsiyasının qiyməti 1893 dollara çatdı
Ötən gün Avropa Birliyinin aparıcı bazarı - London fond birjasında qızılın qiymətində növbəti tarixi rekord qeydə alınıb. Birjada qızın bir unsiyasının qiyməti 1893 dollar təşkil edib. Beləliklə, bu qiymətli metal gün ərzində 40,8 dollar və ya 2,20 faiz bazalaşıb. Nyu-York birjası da rekord qiymətlə yekunlaşıb - 1891,9 dollar.

Ekspertlər qeyd edirlər ki, qızıla yüksək tələbat dünya fond bazarındakı sabitləşmə şəraitində davam edir. Bu ay ərzində qızıl 16 faiz, bu il ərzində isə 32 faiz bahalaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar