Qızıl yenidən bahalaşıb
16 İyul 2010 Cümə 17:05
Dolların ucuzlaşması "qiymətli metal"ın qiymətinə təsirsiz ötüşməyib.
Bu gün əmtəə birjalarında qızıl yenidən bahalaşıb. Dolların ucuzlaşması və ABŞ iqtisadiyyatının bərpa olunması ilə bağlı xəbərlər qızılın bahalaşmasına gətirib çıxarıb. Nyu-Yorkun “Comex” satış birjasında qızılın unsiyasının qiyməti 0,1 faiz qalxaraq 1208,3 dollara təklif edilib.

Qeyd edək ki, bu gün maliyyə bazarlarında dollar ucuzlaşıb. May ayı ilə müqayisədə dollar 0,5 faiz düşüb. Analitiklər isə bu göstəricini 0,1 faiz proqnozlaşdırmışdı.

“Bloomberg”in məlumatına görə, dollar son vaxtlar ucuzlaşır və bu, bir müddət qızılın qiymətinə təsir göstərəcək. Bundan başqa, agentliyin treyderlər arasında apardığı sorğuya əsasən qızılın qiyməti növbəti həftədə də bahalaşacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar