Qızıl ucuzlaşıb
21 İyul 2010 Çərşənbə 16:50
Avronun bahalaşması "qiymətli metal"ın qiymətini aşağı salıb.
Bu gün dünya maliyyə birjalarında bahalaşan avro qızılın qiymətinin düşməsinə səbəb olub. Qızılın unsiyası 0,2 faiz ucuzlaşaraq 1189,9 dollara təklif edilib.

Qeyd edək ki, bu gün 1 avro 1,2904 dollara təklif edilib, ötən gün isə 1 avro 1,2893 dollara dəyişdirilib.

“Bloomberg”in verdiyi məlumata görə, 2010-cu ilin əvvəllərində dünya bazarlarında sərmayədarlar avronu sataraq əvəzində qızıl alırdılar. Hazırda isə Avropda böhranla bağlı yaranan təhlükə nisbətən sovuşduğundan bazarlarda vəziyyət əks istiqamətə dəyişib. İlin əvvəllindən qızılın qiyməti 10 faiz bahalaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar