Qızıl dolların təzyiqinə tab gətirmədi
07 İyul 2010 Çərşənbə 17:25
"Qiymətli metal"ın unsiyasının qiyməti 0,4 faiz düşüb.
Bu gün dünya birjalarında qızılın qiymətində ucuzlaşma qeydə alınıb. “Qiymətli metal”ın düşməsinə səbəb dolların bahalaşması olub. Qeyd edək ki, bu gün də daxil olmaqla, qızıl ardıcıl olaraq artıq üçüncü gündür ucuzlaşır. Belə ki, Nyu-Yorkun “Comex” satış birjasında qızılın unsiyası 0,4 faiz düşərək 1190,9 dollara təklif edilib.
“Tongyang Futures Co.”nun nümayəndəsi Park Yon Beom bildirib ki, hazırda dollar qızıla təzyiq göstərir: "Ötən ay qızılın qiyməti psixoloji həddi keçsə də, bu ay artıq metalın qiymətində azalma müşahidə olunur".
Qeyd edək ki, qızıl etibarlı mənbə olduğundan maliyyə böhranı zamanı sərmayədarlar daha çox bu metala meyl edirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: