Qızıl bahalaşıb
29 Sentyabr 2010 Çərşənbə 17:15
Qızılın unsiyası 1311,5 dollar təklif edilib.
Bu gün dünya qızıl birjalarında yüksək dinamika müşahidə olunub. Dolların ucuzlaşması fonunda "qiymətli metal"ın qiyməti bahalaşıb.
Nyu-Yorkun "Comex" satış birjasında qızılın unsiyasının dekabr ayına olan fyuçerslərinin qiyməti 0,2% qalxaraq 1311,5 dollara təklif edilib.

Dolların uzuclaşmasına səbəb ABŞ iqtisadiyyatının artım tempinə dair zəif göstəricilərin qeydə alınması olub.

Qeyd edək ki, bu ilin əvvəllindən qızıl 17 % bahalaşıb. Qlobal maliyyə böhranı ilə əlaqədar investorlar qızıla daha çox maraq göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar