Qlobal iqtisadi böhran Rusiyanın təbii qaz inhisarçısı «Qazprom» şirkətini növbəti 4-5 ildə hasilatı 10 faiz azaltmağa məcbur edəcək. Bu barədə şirkətin idarə heyətinin sədr müavini Valeri Qolubev «Rusiyanın yanacaq-energetika kompleksi 21-ci əsrdə» adı ilə keçirilmiş forumda bəyan edib. O bildirib ki, böhran mavi yanacaq istehlakının təxminən 10 faiz azalmasına səbəb olub. Ən çox azalma isə ötən ilin oktyabr-noyabr aylarına təsadüf edib. Valeri Qolubev qeyd edib ki, bu yaxınlarda «Qazprom» 2020-ci ilə kimi qazın uzunmüddətli balansına düzəlişləri başa çatdırıb və burada hasilatın ildə 60-70 milyard kubmetr azaldılması nəzərdə tutulub. Bu isə Ukraynanın illik istehlakı qədərdir. /ANS TV/