Qarant Sığortanın Əhmədli filialı fəaliyyətə başladı
10 Mart 2011 Cümə Axşamı 16:41
Şirkət öz filial şəbəkələrini genişləndirməkdə davam edir
“Qarant Sığorta Agenti” öz filial şəbəkələrini genişləndirməkdə davam edir. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Qarant Sığorta Agenti” MMC-nin Xətai rayonu M. Hadi küçəsi 20372 ünvanında yerləşən Əhmədli filialının təntənəli açılış mərasimi keçirilib.
Qeyd edək ki, “Qarant Sığorta Agenti ” MMC-nin hər kəsin yararlana biləcək xidmətləri sırasına könüllü və icbari - avtomobilin kasko sığortası, əmlakın bütün risklərdən sığortası, xaricə səfər sığortası və bu kimi digər xidmətlər də daxildir. Filialın iş vaxtı həftənin 6 günü saat 10:00-dan 19:00-a kimi, nahar vaxtı 13:00-dan 14:00-dəkdir. Xətai filialı isə MMC-nin açılışı həyata keçirilən sayca ikinci filialıdır.
Qeyd edək ki, “Qarant Sığorta Agenti” 2009-cu ildən fəaliyyət göstərməyə başlayıb. İlin sonunadək agentliyin daha 7-8 filialın açılması nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: