Qarant Sığorta Agentliyi 7-ci filialını açdı
19 Aprel 2012 Cümə Axşamı 17:40
Qarant Sığorta Agentliyi Şüvəlanda yerləşən “Xəzər” filialının açılış mərasimini keçirib.
“Qarant Sığorta Agentliyi” Bakı ətrafında da öz fəaliyyətini genişləndirməkdə davam edir. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, agentlik sayca yeddinci – Şüvəlanda yerləşən “Xəzər” filialının açılış mərasimini keçirib. Yeni filial artıq tam xidmətlə müştərilərə fəaliyyət göstərməyə başlayıb.

Qeyd edək ki, bu, “Qarant Sığorta Agentliyi”nin son iki ayda açdığı sayca üçüncü filialıdır.

Xatırladaq ki, “Qarant Sığorta Agentliyi” 2009-ci ildə fəaliyyətə başlayıb və ölkənin ən iri holdinqlərindən biri hesab olunan “ZQAN Holdinq”-ə daxildir. Şirkət hazırda baş ofisi və 7 filialı ilə müştərilərə xidmət göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar