Qaradağda müasir tikinti materialları zavodu açılıb
26 Dekabr 2011 Bazar Ertəsi 21:13
Zavodun açılışında prezident İlham Əliyev iştirak edib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qaradağ rayonunda inşa edilmiş “AAC” müasir tikinti materialları zavodunun açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, inşasına 2008-ci ilin mayında başlanılan zavodun ərazisində 12 min kvadratmetr qapalı istehsal sahəsi olan məsaməli beton istehsalı, 6 min kvadratmetr qapalı istehsal sahəsi olan yandırılmış və sönmüş əhəng istehsalı sahələri yerləşir.

Zavodun tikintisində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı 10 milyon manat güzəştli kreditdən istifadə olunub. Qeyd edilib ki, “Qobustan” brendi adı ilə beynəlxalq standartlara uyğun yandırılmış və sönmüş əhəng məhsulları və məsaməli beton blokları zavodun ayrı-ayrı istehsal sahələrində hazırlanır.

Məlumat verilib ki, Qafqaz regionunda yalnız Azərbaycanda fəaliyyət göstərən “AAC” müasir tikinti materialları zavodu gün ərzində 100 ton yandırılmış, 120 ton sönmüş əhəng istehsal edir.

Dövlət başçısı məsaməli beton, yandırılmış və sönmüş əhəng istehsalı sahələrini işə salıb, hazır məhsulların nümunələrinə baxıb, texnoloji prosesi izləyib. Sonra Azərbaycan prezidenti məsaməli beton istehsalı sahəsinin fəaliyyəti ilə bağlı videoçarxa baxıb. Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsyələrini verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar