Qara qızıl ucuzlaşdı
14 Yanvar 2011 Cümə 10:10
Qara qızıl ucuzlaşdı. Buna səbəb ABŞ hökumətinin işsizliklə bağlı məlumatları dərc etməsidir.
Dünya birjalarında keçirilən hərraclarda neftin qiyməti düşüb. Buna səbəb ABŞ hökumətinin işsizliklə bağlı məlumatları dərc etməsidir.
Belə ki, ABŞ Əmək Nazirliyinin məlumatına görə, iqtisadi artıma şahidlik edən digər iqtisadi göstəricilərin müsbət statistikasına baxmayaraq, ötən həftə işsizlik üzrə ilkin imtiyaza görə müraciətlərin sayı ekspertlərin gözləntilərini əhəmiyyətli dərəcədə aşaraq altı ay ərzində maksimum həddə çatıb.
Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,46 dollar düşərək 1 barelə görə 91,40 dollar təşkil edib.
ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında isə fevralda ixrac etməklə Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri isə 0,06 dollar ucuzlaşaraq 98,06 dollar təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: