"Puma" mağazalarını bağlayır
19 Yanvar 2010 Çərşənbə Axşamı 17:30
Məşhur Puma şirkəti maliyyə problemləri ilə üzləşib.
Məşhur “Puma” şirkəti maliyyə problemləri ilə üzləşib. Şirkət rəhbərliyi ziyanın qarşısını almaq üçün dünya üzrə mağazalarının 1/3 hissəsini bağlamaq qərarına gəlib. Bununla da şirkət 2011-ci ilədək 150 milyon avro qənaət etmək niyyətindədir.

Məlumata görə, Fransada “Puma”ya məxsus mağazaların böyük əksəriyyəti ölkədə yerləşən paltar və aksessuarlar istehsalçısı ”Guess” şirkətinin idarəçiliyi altına keçəcək. Qeyd edək ki, şirkət rəhbərliyi bu məlumatları hələlik nə təsdiq, nə də təkzib edib. Ötən ilin 3-cü rübündə “Puma”nın satış həcmi 5,5 faiz enərək təxminən 670 milyon avro təşkil edib.

Xatırladaq ki, Çinin paytaxtı Pekində keçirilən sonuncu Olimpiya Oyunlarına "Puma" böyük həcmdə sərmayə yatırıb. Şirkət dünya bazarlarında satış həcminə görə, “Nike” və “Adidas”dan sonra reytinqdə 3-cü yer tutur. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar