Plastik kartların qiyməti ucuzlaşdı
28 Sentyabr 2010 Çərşənbə Axşamı 14:30
Artıq plastik karta sahib olmaq daha rahat olacaq.
Bu gün plastik kartlar bütün dünyada, o cümlədən, Azərbaycanda bir çox ticarət məntəqələrində, istirahət, əyləncə, xidmət müəssisələrində və İnternet məkanında alış-veriş zamanı, həmçinin, nağd vəsait əldə etmək üçün geniş istifadə olunur. Rahat, etibarlı və universal istifadə vasitəsi kimi bu kartlar milyonlarla insanın gündəlik həyatının əsas hissəsinə çevrilib.
Buna görə də, Bank of Baku ASC müştərilər arasında plastik kartlara artan populyarlıq və tələbatı nəzərə alaraq, kartların illik xidmət haqqını azaldıb. Bu barədə bankın mətbuat xidmətindən ANS PRESS-ə məlumat verilib. Yeni tariflərlə yanaşı, müştərilərinin rahatlığı və müştəri məmnuniyyətinin artırılması məqsədi ilə bank bu məhsulla bağlı daha bir üstünlük təklif edir. Kartlar üzrə sığorta məbləği tələbi tam olaraq ləğv olunun. İndi güzəşt kampaniyası çərçivəsində 31 dekabr 2010-cu il tarixinə qədər Bank of Baku-dan plastik kartları daha sərfəli şərtlərlə əldə etmək olar.
Belə ki, Maestro / Visa Electron kartları üçün cəmi 7 AZN, MC Standard / Visa Classic üçün 8 AZN xidmət haqqı nəzərdə tutulub. Digər plastik kart tarifləri də müvafiq olaraq azaldılıb. Bundan başqa, Bank of Baku MC Gold, Visa Gold və MC Standard, Visa Classic kartlarında depozit məbləğinin saxlanılması üçün mövcud olan sığorta məbləğinin də tam götürülməsinə qərar verib. Əvvəl bu kartlar üzrə sığorta məbləği 200 AZN/USD/EUR təşkil edirdi.
Qeyd edək ki, hal-hazırda, Bank of Baku müştərilərinə MC Gold / Visa Gold, MC Standard / Visa Classic, MC Unembossed, Maestro / Visa Electron, Visa Deposit Card və MC Virtual plastik kartlarını təklif edir. Bank of Baku-nun plastik kartları haqqında daha ətraflı bankın www.bankofbaku.com veb-saytında və ya Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə öyrənmək olar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: