Petkim təmiz gəliri 51 faiz artıb
01 Noyabr 2011 Çərşənbə Axşamı 21:59
Neft-kimya holdinqi 9 ay ərzində 81,7 milyon dollar əldə edib
Dövlət Neft Şirkətinin (ARDNŞ) idarəçiliyində fəaliyyət göstərən Türkiyədəki “Petkim” neft-kimya holdinqi bu ilin 9 ayının fəaliyyət nəticələrini açıqlayıb. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə holdinqin təmiz gəliri 51 faiz artaraq, 143 milyon türk lirəsi (81,7 milyon dollar) təşkil edib.

Satış həcmləri ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 1,303 min tona çatıb. 2011-ci ilin 9 ayı ərzində şirkətin ixrac etdiyi məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 73 faiz artaraq, 634 milyon dollar təkil edib.

Ötən 9 ayda şirkət istehsal güclərinin artırılması, texniki xidmət və istehsal səmərəliliyinin yüksəldilməsi məqsədilə 63 milyon dollarlıq sərmayə proqramları həyata keçirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar