Petkim Azərbaycan şirkətinə çevrildi
02 Yanvar 2012 Bazar Ertəsi 10:19
Petkim Azərbaycan şirkətinə çevrildi. Türkiyənin bu iri neft-kimya şirkətindən ARDNŞ-in payı 51 faizə çatdı.
Türkiyənin «Petkim» şirkətində 51 faiz paya sahib olan «SOCAR&Turcas Enerji AŞ» tamamilə ARDNŞ-in nəzarətinə keçib. Bu barədə məlumat «SOCAR Türkiye» tərəfindən yayılıb.

ANSPRESS Türkiyə mətbuatına istinadən bildirir ki, ARDNŞ «SOCAR&Turcas Enerji AŞ» şirkətində «Turcas»a malik 25 faiz payı satın alıb və şirkətin adını «SOCAR Turkey Enerji AŞ»ə çevirib. Beləliklə, «Petkim» 2012-ci ilə səhmlərinin nəzarət paketi Azərbaycana məxsus şirkət kimi daxil olub və «Turcas» bu otraqlıqdan ayrılıb.

«SOCAR Türkiye» tərəfindən yayılan açıqlamada həmçinin «SOCAR Turkey Enerji AŞ»in 2008-ci ildə tender nəticəsində ortaqlığa girdiyi «Petkim»ə görə ödənmiş payının 2,6 milyard türk lirəsinə (təxminən 1,38 milyard ABŞ dolları) yüksəldiyi bildilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar