Pərakəndə əmtəə dövriyyəsi 8,3 faiz artıb
16 Aprel 2010 Cümə 13:15
Bir il ərzində əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10,6 faiz artıb.
Bu ilin birinci rübü ərzində əhaliyə ticarət və xidmət şəbəkəsindən 3,1 milyard manatlıq istehlak malları satılıb və 1,0 milyard manatlıq pullu xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, keçən ilin yanvar-mart aylarına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,3 faiz, pullu xidmətlərin həcmi isə 10,6 faiz artıb.
Əhaliyə realizə olunmuş istehlak mallarının 65,4 faizini ərzaq məhsulları, 34,6 faizini isə qeyri-ərzaq malları təşkil edib və onların satışı müvafiq olaraq 7,7 və 10,2 faiz çoxalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: