Azərbaycanda 1 milyon 89 min 557 nəfərin pensiyasının ödənişi plastik kartlarla həyata keçirilir. Bu barədə ANS PERSS-ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Məlumatda bildirilir ki, bu ilin 5 ayı ərzində əmək pensiyasını plastik kartla əldə edənlərin sayı 31 986 nəfər artıb. Artıq ödənişdə olan pensiyaların 96,3 faizi, yəni ümumilikdə 1 milyon 89 min 557 nəfərin pensiyasının ödənişi plastik kartlarla həyata keçirilir.
Qeyd edək ki, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Kəndlərdə isə bu göstərici 92, 5 faizə çatıb. /ANS PRESS/