Pensiyalar yenidən hesablanır
28 İyun 2011 Çərşənbə Axşamı 18:56
Səlim Müslümov bu işlərin ən geci 2 aya yekunlaşacağını deyir.
Azərbaycanda pensiyaların yenidən hesablanması ilə bağlı işlər ən geci avqust ayında başa çatdırılacaq. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məlumat verib. O düşünür ki, iyul ayının sonuna qədər ölkə üzrə bütün pensiyaçıların ən azı 90 faizə qədərinin pensiya işlərinə baxılıb, orada olan məlumatlar fondun elektron bazasında olan məlumatlarla üzləşdiriləcək.
S.Müslümovun sözlərinə görə, qalan 10 faizə qədəri isə ola bilər ki, çatdıra bilinməsin: “O zaman həmin şəxslərin artırılmış pensiyalarını bazadakı məlumatlar əsasında ödəyəcəyik. Öz işimizi davam etdirəcəyik. Əgər baza ilə həmin o faizin pensiya işləri arasında fərqlər aşkar olunarsa, bu fərqləri aradan qaldırıb əlavəni də həmin pensiyaçılara ödənişi avqust ayında təmin edəcəyik”.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: