Paşa SığortaAFFA-nı sığortalayacaq
22 Dekabr 2010 Çərşənbə 11:35
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və sığorta şirkəti arasında 2011-ci il üçün əməkdaşlıq haqqında saziş imzalanıb
"Paşa Sığorta" şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında 2011-ci il üçün əməkdaşlıq haqqında saziş imzalanıb. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, sazişi "Paşa Sığorta"ın idarə heyətinin sədri Nofəl Rzayev və AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıblar.

Belə ki, bu sazişə əsasən, 2011-ci ildə sığorta şirkəti AFFA-nın rəsmi sığorta tərəfdaşı olacaq. İmzalanma mərasimində N.Rzayev bildirib ki, gələn il üçün sığorta xidmətlərinin göstərilməsi haqqında sazişin imzalanması tərəflər arasında uzunmüddətli perspektivdə əməkdaşlığın əsasını qoyacaq və möhkəm tərəfdaşlıq münasibətlərinə çevriləcək.

Qeyd edək ki, "Paşa Sığorta" "Paşa Holdinq" qrupunun üzvüdür və sığortanın 30 növü üzrə korporativ və fərdi müştərilərə xidmət göstərir. 20 milyon manat nizamnamə kapitalı və 28 milyon manat ümumi aktivləri ilə "Paşa Sığorta" kapitallaşdırmanın həcminə görə ölkənin ilk üç sığortaçısı siyahısına daxil olmaqla, sığorta sektorunda biznesin rentabelliyini qorumaqda ən yüksək göstəricilərə malikdir. Şirkətin nizamnamə kapitalı 20 milyon manatdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar