Parabank yeni filial açıb
19 Mart 2010 Cümə 16:35
Parabankın sayca 16-cı filialı Şirvan şəhərində fəaliyyətə başlayıb.
“Parabank” ASC-nin Şirvan şəhərində yeni filialı açılıb. Bu barədə bankın Şirvan filialının direktoru Əli Məlikov məlumat verib.
Onun sözlərinə görə, filial kiçik və orta biznesin kreditləşməsi, istehsalın inkişafı üçün kreditlər, “Western Union” sistemi üzrə təcili pul köçürmələri, avtokreditlər və depozit xidmətləri təklif edir. Bu, bankın sayca 16-cı filialıdır.
Qeyd edək ki, təsisçisi 23 fiziki şəxs olan “Parabank” ASC 1991-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 88,571 milyon manat, depozit portfeli 56,428 milyon manat, kredit portfeli 59,222 milyon manat, məcmu kapitalı 11,535 milyon manat, o cümlədən nizamnamə kapitalı 10,070 milyon manat olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: