Azərbaycan ərazisində ən qədim və stabil banklardan olan Parabank artıq 8 il ərzində Western Union-un rəsmi nümayəndəsi olaraq və sub-agentlərinin maraqlarını nəzərə alaraq “bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm” adlı milli kampaniyaya start verdi. Parabankla birgə bu kampaniyada tərəfdaşları qismində çıxış edən DemirBank, Expressbank, Bank Silk Way, GünayBank və ASB bank iştirak edirlər.
Bu kampaniya Western Union sistemi ilə təcili pul köçürmələrindən istifadə edən müştərilər üçün nəzərdə tutulub. Bu cür milli kampaniya 5 il ərzində Moldovada, 2010-cu ildə Gurcüstanda və ilk dəfədikir ki, Azərbaycanda keçirilir.
Kampaniya bütün Azərbaycan ərazisində insanların sıx toplandığı yerdə müxtəlif növ promo-aksiyaların keçirilməsi və televiziyada, avtobus dayanacaqlarında və metroda reklamın yayımlanması nəzərdə tutulub. Bu kampaniyanın ümumi dəyəri 110 000 Avro məbləği təşkil edir.
Kampaniya müddətində Western Union xidmətlərindən birinci dəfə pul göndərən və yaxud alan müştəri 2 ədəd kupon əldə edəcək.
1 nömrəli kupon xoşbəxt kupon oyununda iştrak edəcək. 2 nömrəli kuponun üzərinə 2 möhür vurulduqdan sonra, müştəri doldurulmuş kuponu bank operatoruna təhvil verib ilk hədiyyəni ala bilər və ya möhürlərin sayını 5-ə çatdıraraq daha dəyərli hədiyyələr qazana bilər. Həmçinin müştəri mümkün qədər çox müştəri cəlb etməklə daha 1 möhür toplaya bilər.
Kampaniyada iştrak edən müştərilər dəyərli hədiyyələr qazanmaqla yanaşı lotoreyada iştrak edərək 10X1000 AZN məbləğində pul mükafatı qazanmaq şansı da əldə edəcəklər.
Kampaniya 15 aprel-15 iyul 2011-ci il tarixlərində keçiriləcək.
“Parabank” 8 ildir ki, Western Union pul köçürmə sisteminin Azərbaycanda rəsmi nümayəndəsidir.
Şəhər telefonlarından və mobil operatorlarından 139-a zəng vurmaqla kampaniya və onun şərtləri haqqında əlavə məlumat əldə etmək mümkündür...