Parabank "Şəmkir" filialı yeni ünvana köçüb
29 Yanvar 2011 Şənbə 10:50
Parabank Şəmkir rayonunda 20 Yanvar küçəsi 83 ünvanında yerləşən “Şəmkir” filialı yeni ünvana S. Vurğun 179 küçəsinə köçürülüb.
“Parabank”ın Şəmkir rayonunda 20 Yanvar küçəsi 83 ünvanında yerləşən “Şəmkir” filialı yeni ünvana S. Vurğun 179 küçəsinə köçürülüb və artıq bu ünvanda öz fəaliyyətini davam etdirir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, filialın yerinin dəyişdirilməsinə əsas səbəb müştərilərin rahatlığının təmin edilməsidir. Bankın yeni ofisi, iş günləri 09:00-dan 18:00-dək , şənbə günləri isə saat 10:00-dan 16:00-dək müştərilərə xidmət göstərir.

“Parabank”ın digər filialları kimi, “Şəmkir” filialı da fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri - hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər, biznes və s. kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, “Western Union”, “PrivatMoney”, “Caspian Money Transfer” ,”Быстрая Почта”, “Blizko” , “Zolotaya Korona”, “Contact”, “CoinStar ” təcili pul köçürmələri üzrə geniş bank xidmətləri təqdim edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar