Parabank Partnyor adlı kredit təklif edir
20 Oktyabr 2011 Cümə Axşamı 17:13
Parabank Partnyor adlı kredit məhsulunu təqdim edir.
“Parabank” sahibkarlara daha bir fürsət yaradır. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Alman-Azərbaycan Fondunun xəttilə biznes məqsədlərinə verilən “Partnyor” kreditini təqdim edir.

Yeni şərtlərə əsasən AAF xəttilə verilən "Partnyor" kreditləri illik 18 faizdən başlayaraq 12 ayadək (dövriyyə vəsaitlərin artırılması məqsədlərinə) və 21 faizdən başlayaraq 24 aydan 36 ayadək (əsas vəsaitlərin artırılması məqsəndlərinə) verilir. İstənilən müddətli kreditlər üçün 3 aylıq güzəşt dövrü nəzərdə tutulub.

İndi “Parabank”dan Alman-Azərbaycan Fondunun (AAF) xəttilə biznes krediti alanlar bank xərcləri, qiymətləndirmə, sığorta üçün komissiya, nağlaşdırma və kreditin təhlili üçün heç bir komissiya ödəməyəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar